Qadir İbrahimli vəfat etdi - Yenilənib

qadir-ibrahimli-vefat-etdi
Oxunma sayı: 8648

Tanınmış jurnalist Qadir İbrahimli vəfat edib. 

Bu barədə “Qafqazinfo”ya jurnalist, onun yaxın dostu Niyaz Niftiyev məlumat verib. 

O bildirib ki, Q.İbrahimlinin nəşinin dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılması ilə bağlı hazırlıqlar görülür. 

Xatırladaq ki, 54 yaşlı jurnalist səhhətində yaranan problemlərlə əlaqədar bir neçə gün əvvəl Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.

***

TƏBİB jurnalist Qadir İbrahimlinin vəfatı ilə bağlı məlumat yayıb.

Onun bu gün səhər saat 09:30 radələrində dünyasını dəyişdiyi bildirilir.

Qeyd olunur ki, Q. İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-i M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.  Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Allah rəhmət eləsin!

Xəbəri rus dilində oxuyun: Скончался журналист Гадир Ибрагимли