Qafqazın ən böyük şirkətinin yubileyidir - Fotolar

qafqazin-en-boyuk-sirketinin-yubileyidir-fotolar
Oxunma sayı: 1133

Avromed şirkəti fəaliyyətə başlamasının 10 illik yubileyini qeyd edir. Hələ 2000-ci ildə əczaçılıq sahəsində nümunəvi bir biznes təşkil etməyi qarşısına məqsəd qoyan gələcək təsisçilər dünya əczaçılıq bazarını öyrənməyə, Azərbaycan əczaçılıq bazarındakı mövcud durumu təhlil etməyə və əhalinin ən müasir standartlara uyğun, yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə təmin edilməsi üçün yollar aramağa başladılar. 2002-ci ilin əvvəllərində isə təsisçilər artıq dünyanın bir çox ölkələrindəki istehsalçı şirkətlərlə məsləhətləşmələr aparmış, qabaqcıl Avropa ölkələrində əczaçılıq sənayesinin nou-hau bilgilərini əldə etmiş və bunların Azərbaycan reallığına tətbiqi yollarını müəyyənləşdirmişdilər. Humanist məramlı təşəbbüsün praktik mərhələyə keçməyə hazır olduğu bir zamanda - 2002-ci ilin aprel ayında Avromed şirkəti öz fəaliyyətinə başladı. Şirkət qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən transmilli şirkətləri ölkəmizdə öz nümayəndəliklərini açmağa, və onların vasitəsilə dünya tibb elmindəki ən son bilikləri Azərbaycan əczaçılıq sənayesinin iştirakçılarına çatdırmağa və beləliklə, həm də müalicə prosesinin təkmilləşdirilməsinə rəvac vermiş oldu. Müstəqillik dövründə ilk dəfə olaraq Fayzer (Pfizer), Novartis, Roş, Sanofi, Aventis, Merk, Alkon (Alcon) və onlarla digər dünya şöhrətli şirkətlərölkəmizdə öz ofislərini açaraq Azərbaycanəczaçılıq bazarının inkişafına öz töhfələrini verməyə başladılar. Azərbaycanəczaçılıq bazarında yeni şərait və müasir iş qaydası formalaşmağa başladı.
Avromed şirkətinin Azərbaycan əczaçılıq bazarına gətirdiyi ilk yenilik idxal olunmuş əczaçılıq məhsullarının birbaşa satış məntəqələrinə çatdırılması kimi mütərəqqi bir infrastrukturun yaradılması oldu. Paytaxtda və ölkənin Sumqayıt, Gəncə, Mingəçevir kimi digər şəhərlərində yaradılan regional satış bazaları ən müasir saxlama və çatdırılma vasitələri (avadanlıqları) ilə təchiz olunmaqla əczaçılıq sahəsində ticarətin təşkilinin ən qabaqcıl üsulunu tətbiq etməyə başladı.
Bazarda baş verən yeniliklər aptek fəaliyyəti ilə məşğul olan iş adamlarıni və bütün ölkə ərazisində fədakarlıqla çalışan həkimləridə biganə qoymadı. Yeni şəraitdə həkimlər, apteklər və təchizatçı şirkətlər arasında ən müasir mədəni qaydalara əsaslanmaqla yaranan etibarlı iş birliyi tezliklə öz bəhrəsini verməyə başladı. Daha sonrakı illərdə bu müştərək fəaliyyətin dairəsi daha da genişlənərək Lənkəran, Şəki, Şirvan və Xaçmaz regionlarını da əhatə etdi.
Üç nəfərin təşəbbüsü ilə başlanan iş həm ölkə daxilində, həm də xarici tərəfdaşlar arasında rəğbət qazanmış yüzlərlə ixtisaslı gəncin çalışdığı böyük bir şirkətə çevrildi. Hal-hazırda Avromed şirkəti Qafqaz regionunda əczaçılıq ticarəti ilə məşğul olan ən böyük şirkət hesab olunur. Mindən artıq adam şirkətdə sevdikləri fəaliyyətlə məşğul olur və ölkəyə ən keyfiyyətli əczaçılıq məhsullarının gətirilməsini və tələb olunan ünvanlara çatdırılmasını təmin edir. Azərbaycan bazarında fəaliyyət göstərən iki minə yaxın aptek müəssisələri, yüzlərlə dövlət və özəl xəstəxanalar, yüzlərlə tibb məntəqələri və məsləhətxanaları Avromed şirkətinin xidmətindən məmnuniyyətlə istifadə edirlər.
Öz beynəlxalq fəaliyyətinə bir neçə şirkətlə başlamış Avromed hal-hazırda dünyanın 40-dan çox ölkəsində yerləşən 200-ə yaxın tanınmış istehsalçı şirkətlərlə sıx əməkdaşlıq edir. Heç təsadüfi deyil ki, beynəlxalq şirkətlər də Avromed şirkətini etibarlı tərəfdaş və beynəlxalq səviyyəli müasir biznes şirkəti kimi yaxından tanıyır, və onun fəaliyyətini təqdir edirlər. Qazanılan böyük uğurlar Avromed şirkətində çalışan hər bir şəxsin fədakar əməyinin, öz işinə qarşı tələbkarlığın və yüksək məsuliyyətin göstəricisidir. Hər bir əməkdaş öz xalqını sevən, öz əməyi ilə ölkəsinin inkişafına və həmvətənlərinin daha yaxşı yaşamasına töhfə verməyə hər an hazır olan bir entuziastdır. Öz fəaliyyətində belə müqəddəs dəyərləri uca tutan Avromed şirkəti gələcəyə daha böyük inamla baxır. Gündən günə qüdrətlənən ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələri sırasında bütün digər göstəriciləri ilə yanaşı həm də dünya miqyaslı nüfuzlu şirkətləri ilə tanınmaqdadır. Avromed şirkəti də bu sırada öz layiqli yerini tutmaqda qərarlıdır.