“Qarabağ” - “Bayer” oyununa bu qədər almaniyalı gələcək

qarabag-bayer-oyununa-bu-qeder-almaniyali-gelecek
Oxunma sayı: 4006

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - Bayer Leverkuzen” matçı üçün qonaq azarkeşlərə neçə bilet ayrıldığı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fanat.az”a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ənənəvi qonaq sektorunda yer alacaq almaniyalı tərəfdarlar üçün 400 bilet sifariş edilib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq.