“Qarabağ” Maksimin “qol”u ilə məğlub oldu... - Yenilənib + Video

qarabag-maksimin-qolu-ile-meglub-oldu
Oxunma sayı: 14503

Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edəcək.

Bakıda keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

İtkisiz irəliləyən “Bayer” hazırda 9 xalla qrup lideridir. “Qarabağ” isə 6 xalla ikincidir.

Bu gün qrupun digər matçında “Molde” (Norveç) səfərdə “Hakken”lə (İsveç) qarşılaşacaq.

Avropa Liqası

H qrupu

9 noyabr, 21:45.

“Qarabağ” – “Bayer” Baş hakim: Kreyq Pouson (İngiltərə).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

****

“Qarabağ” - "Bayer" oynunun start heyətləri açıqlanıb.

"Qarabağ": 99. Andrey Lunyov, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Ronao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Olavio Juninyo

Baş məşqçi: Qurban Qurbanov

"Bayer": 17. Matey Kovarj, 3. Pyero İnkapye, 4. Conatan Tah (k), 2. Yosip Stanişiç, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix, 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase

Baş məçqçi: Xabi Alonso

***

Matç başladı.

***

İlk hissə 0:0 başa çatdı.

***

İkinci hissə başladı.

***

“Bayer”in oyunçusu Bonifase 90+1-ci dəqiqədə fərqləndi. O, 11 metrlik cərimə zərbəsi ilə hesabı açdı.

***

Matç bitdi.