“Qafqazinfo” xəbər verir ki, komandamızı azarkeşlərin izdihamlı qarşılanmasını təmin etmək üçün Koroğlu metrostansiyasından ödənişsiz avtobuslar təşkil edilib. Səhər saat 07.00 da Bakıya enən komandamızı 100-ə yaxın azarkeş coşqulu şuarlar altında qarşılayıb. Azarkeşlərlə görüşdən sonra “Qarabağ” oyunçuları jurnalistlərə müsahibələr veriblər, canlı radip bağlantıları olub.
Sonra 20-dən çox maşın Qarabağ futbol klubunu müşayiət edərək maşın karvanı ilə komandanı bazaya qədər yola salıblar.
Aldığımız məlumata görə Avropada yaşayan həmvətənlərimiz də komandamızı eyni coşqu ilə yola salıb.
Yola salma və burda qarşılanma mərasimindən olan şəkilləri sizə təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər