“Qarabağ”dan darmadağın

qarabagdan-darmadagin
Oxunma sayı: 4029

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış bir oyun keçirilb.

“Qafqazinfo” xəbər verir ki, günün yeganə matçı Qəbələdə baş tutub.

Burada lider “Qarabağ” (54 xal) çempionatın aşkar autsayderi “Qəbələ”nin (15 xal) qonağı olub.

Bu oyun “Qəbələ”də yeni baş məşqçinin – Kaxaber Sxadadzenin debütü ilə əlamətdar olub. Lakin gürcü mütəxəssisin yeni komandası onun debüt matçında 4 cavabsız qolla uduzub.

Azərbaycan Premyer Liqası
23-cü turun oyunu
28 fevral

“Qəbələ” – “Qarabağ” 0:4
Qollar: Adama Diakabi, 47. Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65. Marko Yankoviç, 80.
Qırmızı vərəqə: Fares Abu Akel, 52.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu. 19:00.