“Qarabağ”ın ÇL oyununda türk hakim

qarabagin-cl-oyununda-turk-hakim
Oxunma sayı: 6948

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanı əslən türk olan niderlandlı Serdar Gözübüyük idarə edəcək. 

Ona Ervin Zeinstra və Patrik İnia kömək edəcək. 4-cü hakim isə Yannik Van Der Laan olacaq. 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.