Qardaş bacısını öldürüb qəbiristanlıqda basdırdı - Azərbaycanda dəhşətli hadisə

qardas-bacisini-oldurub-qebiristanliqda-basdirdi
Oxunma sayı: 12959

Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.

Xatırladaq ki, Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Z.Məhərrəmova dünən itkin düşüb.

Foto: Kəpəz TV