Qazaxıstanda təyyarə binaya çırpıldı - 14 ölü,35 yaralı + Yenilənib + Video

qazaxistanda-teyyare-binaya-cirpildi
Oxunma sayı: 7475

Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Alma-Atı hava limanından qalxan layner qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb. Azı 7 nəfər ölüb. Təyyarənin göyərtəsində 95 sərnişin, 5 heyət üzvü olub.

Hadisə yerinə xilasedicilər, təcili yardım maşınları göndərilib.

***

Qəzada ölənlərin sayı 9 nəfərə çatıb. Onlardan 6-sı uşaqdır.

***

"RİA Novosti" xəbər verir ki, qəzada ölənlərin sayı artaraq 14 nəfər olub. 35 nəfər isə yaralanıb.