Qazilərimizi görən türkiyəli azarkeşlərin coşqulu reaksiyası - Video

qazilerimizi-goren-turkiyeli-azarkeslerin-cosqulu-reaksiyasi
Oxunma sayı: 6799

Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə-İsveçrə matçından sonra maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, stadionu tərk edən Vətən müharibəsi qazilərini görən türk azarkeşlər onları böyük çoşqu ilə salamlayıb.

Daha sonra türk azarkeşlər “Qarabağ...”, qazilərimiz isə “bizimdir!” deyə qışqırıblar.

Qeyd edək ki, sözügedən matç İsveçrənin 3:1 hesablı qələbəsi ilə başa çatıb.