Qəbələdə maşın piyadanı vurdu - Fotolar

qebelede-masin-piyadani-vurdu
Oxunma sayı: 2748

Qəbələdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zarağan kəndi ərazisində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 99 RG 496 dövlət nömrə nişanlı, “VAZ-21099” markalı maşının sürücüsü yolu keçmək istəyən yaşlı kişini vurub.

Yaralı ağır vəziyyətdə ambulansla xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.