“Qızıl Məryəm”in əri Qarabağ qazisi olub - “Fəryad”ın prototipi

qizil-meryemin-eri-qarabag-qazisi-olub-
Oxunma sayı: 14402

Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin həyatı ilə bağlı şok fakt məlum olub.

“Qafqazinfo” femida.az-a istinadən xəbər verir ki, Məryəm Namədzadənin həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən “Fəryad” filmindəki İsmayıl da məhz Mehman Hüseynovun prototipidir. Yəni filmdə baş verən hadisələr Mehmanın başına gələnlərdir.

M.Hüseynov Milli Ordumuzun Şıx batalyonunun ilk könüllülərindən və batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, Mehman isə yaralı vəziyətdə əsir düşüb.

Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdə 80 ermənini məhv edərək 2 ay əsirlik həyatından sonra xilas olub. Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız, məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015- ci il mayın 12- də qəfildən ürəktutmasından vəfat edib.

Mehman Hüseynovun əsirlikdən sonra çəkilmiş görüntülərini təqdim edirik: