“Qızıma dedim ki, daha “papaqlı Aygün” olacağam…” - Əməkdar artist

qizima-dedim-ki-daha-papaqli-aygun-olacagam
Oxunma sayı: 5285

Əməkdar artist Aygün Bəylər “10-dan sonra” verilişinin qonağı olub.

”Qafqazinfo”nun axşam.az-a istinadən verdiyi məlumata görə, ifaçı yenidən köhnə imicinə qayıdacağını bildirib:

“Saçlarımı yenə qırxmağa hazırlaşıram. 7 ildir mənfi enerji yığılıb. Bununla necə yaşayım? Uşağımın xatirinə saçımı uzadırdım. Deyirdi ki, “Ana saçların olsun. Sən anasan”. Axırda başa saldım ki, mən Aygün Bəylərəm, sən də bununla razılaşmalısan. 7 il saç saxladım ki, sənə ana olum. İndi bir az da "papaqlı Aygün" olacağam”.