Rafael Cəbrayılovun qardaşı azadlığa buraxıldı - Yenilənib

rafael-cebrayilovun-qardasi-azadliga-buraxildi
Oxunma sayı: 10875

Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, dələduzluq əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. E.Cəbrayılov barəsində cinayət işi başlanılıb. İlkin məlumata görə, o, bu gün məhkəməyə çıxarılacaq və barəsində müvafiq qərar veriləcək.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, Rafael Cəbrayılov özü də dələduzluq əməllərinə görə 2020-ci ildə həbs olunmuşdu. Həbsdə koronavirusa yoluxan sabiq deputat xəstəxanada ölmüşdü.

Rafael Cəbrayılovun həyat yoldaşı ərinin vəfatından sonra məhkəmədə Elşən Cəbrayılovu ittiham etmişdi. O, ərinin ittiham olunduğu dələduzluq əməllərinin əslində Elşən Cəbrayılov tərəfindən törədildiyini və 7 milyon manat ödənişdən yayındığını bildirmişdi. O, qaynının cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.

Amin Nəzərli

Həmçinin oxuyun: “Cinayətlərin əksərini onun qardaşı törədib” - Rafael Cəbrayılovun xanımı

***

Trend-in məlumatına görə, Nərimanov Rayon Məhkəməsində Elşən Cəbrayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Prosesdə istintaq orqanının təqdimatı təmin edilməyib. E.Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.