Raket atəşi zamanı Xarkovda ölənlərin sayı açıqlandı - Fotolar

raket-atesi-zamani-xarkovda-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 4967

Xarkova son raket hücumu nəticəsində səkkiz nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında baş verən hücum nəticəsində Novobavarski prospektindəki beşmərtəbəli yaşayış binasına ciddi ziyan dəyib.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

“Saat 16:00-a olan məlumata görə, Xarkov şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci və 3-cü girişləri arasında (cəmi 6 giriş) hava zərbəsi nəticəsində səkkiz nəfər həlak olub, altı nəfər yaralanıb, 38 nəfər xəsarət alıb, onlardan iki nəfəri dağıntılar altından çıxarılıb”, - məlumatda deyilir.

Dağıntıların təmizlənməsi işləri davam edir.

Xatırladaq ki, şəhərin atəşə tutulması zamanı Novobavarski rayonundakı 3 saylı xəstəxananın ərazisinə mərmilər düşüb. Xəstəxanaya edilən hücumdan sonra rus hərbçiləri Brovarı bölgəsinə hava hücumu təşkil ediblər. Orada mərmilər zavoda və yaxınlıqdakı yaşayış binasına düşüb.

Qeyd edək ki, atəşi həyata keçirən təyyarə məhv edilib.