Rasim Məmmədov saxlanıldı - DTX əməliyyat keçirdi

rasim-memmedov-saxlanildi
Oxunma sayı: 17939

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. İş adamı barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.

R.Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb. O, R.Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dost olub.