Dünən ağır yol qəzası keçirən AXCP sədrinin müavini Razi Nurullayev və onun həyat yoldaşı Könül Nurullayevanın vəziyyəti ağırdır. Bu gün “Qafqazinfo”nun əməkdaşları Kliniki Tibbi Mərkəzdə ona baş çəkiblər. Əməkdaşlarımızın məlumatına görə, qəzadan sonra R. Nurullayev bir az özünə gəlsə də, həyat yoldaşı Könül xanım hələ də koma vəziyyətindədir.
Onların hər ikisinin bədənində çoxlu sayda sınıqlar var. Həkimlər sınıqların daha çox bədənlərinin yuxarı hissəsində olduğunu bildiriblər.
Xəstəxana həkimləri onların əməliyyat olunub-olunmaması ilə bağlı sabah qərar verəcəklər.
Hazırda R. Nurullayevin dostları, jurnalistlər, siyasətçilər və QHT nümayəndələri onu ziyarət edirlər.
Xəstəxanada yanında olan R. Nurullayevin dostu Rufiz Qonaqov deyir ki, onların vəziyyəti heç də yaxşı deyil. Hətta başqa xəstəxanaya köçürülmək ehtimalı var.
Allah şəfa versin!
Son xəbərlər
Son Xəbərlər