Noyabrın 17-də “Referans Medical Group” və “Anadolu Sağlıq Mərkəzi Johns Hopkins” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Referans Hayat Hospital”da “Anadolu Sağlıq Mərkəzi Johns Hopkins”in rəsmi nümayəndəliyi fəaliyyət göstərəcək.
Müqavilə “Referans Medical Group”un Müşahidə Şurasının sədri Hansıyar Babayev və “Anadolu Sağlıq Mərkəzi Johns Hopkins”in nümayəndəsi Fatih Bünül tərəfindən imzalanıb.
Tədbirdə çıxış edən Fatih Bünül Türkiyə-Azərbaycan dostluğunun və iki ölkə arasında səhiyyə sahəsində birgə inkişafın vacibliyini vurğulayıb. O, “Referans Medical Group”un peşəkarlığını, innovativ yanaşmalarını və tibbi xidmətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək, tədbirin uğurla təşkil olunmasına görə minnətdarlığını bildirib.
Həmçinin, əməkdaşlığa ixtisaslı həkimlərin cəlb olunması və vətəndaşlara daha əlçatan tibbi xidmətlərin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
“Referans Medical Group”un Müşahidə Şurasının sədri Hansıyar Babayev ölkəmizdə müasir tibbi texnologiyaların tətbiqi, peşəkar kadrların hazırlanması və sağlamlıq turizminin inkişafı istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Həmçinin bu cür beynəlxalq əməkdaşlıqların tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə töhfə verdiyini qeyd edib.
Qeyd edək ki, əldə edilmiş razılaşmaya əsasən, “Anadolu Sağlıq Mərkəzi”nin ixtisaslı həkimləri mütəmadi olaraq “Referans Hayat Hospital”da pasiyentləri qəbul edəcək, ABŞ və Türkiyə protokollarına uyğun müayinə və müalicə protokolları tətbiq edəcəklər. Tərəflər arasındakı əməkdaşlığın əsas məqsədi ölkəmizdə tibbi xidmətlərin keyfiyyətini yüksəltmək, peşəkarlığı artırmaq və vətəndaşlara ölkəmizdə aparılmayan tibbi xidmətləri daha əlçatan etməkdir.
Tədbirdə həmçinin “Referans Medical Group” və “Anadolu Sağlıq Mərkəzi Johns Hopkins”in rəhbər heyəti və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər