Regionlar Liqasında biabırçılıq - Futbolçular hakimi döydü+Video

regionlar-liqasinda-biabirciliq
Oxunma sayı: 14495

Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Binə qəsəbə stadionunda keçirilən “Cəbrayıl” - “Energetik” matçında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu, matçın son dəqiqələrində yaşanıb.

Belə ki, 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər.

Xəbəri rus dilində oxuyun: В Азербайджане футболисты избили арбитра - Видео

Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb, oyun davam etməyib.

Qeyd edək ki, Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.