Rəisin intiharı ilə bağlı daha bir - Açıqlama

reisin-intihari-ile-bagli-daha-bir
Oxunma sayı: 12677

İntihar edən polis rəisi ilə bağlı daha bir rəsmi məlumat yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında dünən səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

O, Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

S. Mirzəyev 2020-ci il iyun ayında təqaüdə göndərilib. 

Xatırladaq ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib. Onun bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.