Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada 250 azərbaycanlı ailənin 2 aylıq qida ehtiyacını qarşılamağı öz üzərinə götürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat yayıb. Rəqsanə insanlara bacardığı qədər yardım etdiyini qeyd edib:
“Moskvada olan 250-dən çox ailəni 2 aylıq himayəmizə götürdük. Ərzaqlarla təmin etdik, düşdükləri çətin vəziyyətlərində çıxış yolu tapmağa çalışdıq. Bu da son deyil, davam edəcəyik. Bu çətin dövrdə həmyerlilərimizlə bərabər olacam”.
Son xəbərlər
Son Xəbərlər