Rəsul Çunayev iddialara belə cavab verdi - Video

resul-cunayev-iddialara-bele-cavab-verdi
Oxunma sayı: 7352

“Son günlər haqqımda sosial şəbəkələrdə Azərbaycanı tərk etməyimlə bağlı məlumatlar yayılıb. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.

O, sosial şəbəkədə haqqında yayılan, "Rəsul Çunayev Azərbaycanı tərk edir" xəbərlərinə aydınlıq gətirib. R.Çunayev bu məlumatın dezinformasiya olduğunu açıqlayıb:

“Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”.

Qeyd edək ki, 31 yaşlı idmançı bir neçə gün əvvəl “CBC Sport” telekanalının “Bizim İdman” verilişində müxtəlif ölkələrdən təkliflər aldığını və bu təklifləri nəzərdən keçirdiyini dilə gətirmişdi:

“Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm. Bəzi ölkələr hətta zədələrin müalicəsində də kömək etməyə hazırdırlar. Düşünmürəm ki, başqa ölkədə çıxış eləsəm, vətənimə münasibətdə yanlış olar. Bir çox tanınmış pəhləvanlar öz komandalarına düşmədikdə, başqa dövlətlər üçün mübarizə aparırlar.

İndi mənim üçün çətindir, dolandırmalı olduğum ailəm var. Buna görə də milli federasiya üçün problem olmasa, həmin ölkələrdən birini seçəcəyəm”.