Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, əməkdar artist adı alan 11 incəsənət nümayəndəsi arasında Röya Ayxan da (tam adı Nəcəfova Röyalə Yaqub qızı) var.
Xatırladaq ki, ilk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edən Röya qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı simpatiyası” nominasiyası üzrə laureat olub. 2006-cı ildə keçirilən sorğuya əsasən “İlin müğənnisi” və “İlin konserti” nominasiyaları üzrə qalib gəlib.
***
Musavat.com-a açıqlama verən müğənni bildirib ki, çox xoşbəxtdir:
"Prezidentimiz İlham Əliyevə məni bu ada layiq gördüyü üçün təşəkkür edirəm. Çox xoşbəxtəm. Mən bu yola doğru gedirdim, əziyyət çəkirdim. Əməyimə qiymət verildiyi üçün minnətdaram. Uğuruma sevinən, məni təbrik edən hər kəsə təşəkkür edirəm".
Son xəbərlər
Son Xəbərlər