Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyovun çıxışına sosial şəbəkə hesabında kəskin reaksiya verib.
“Qafqazinfo” xəbər verir ki, Rubinyan məşhur “İt hürər, karvan keçər” atalar sözünü xatırladaraq Solovyovu birbaşa təhqir edib.
“İt hürər, karvan keçər. Bu vəziyyətdə “it” rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni Solovyovdur. “Karvan” isə geri dönməz sülhə və inkişafa doğru irəliləyən ölkəmizdir”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, V. Solovyovun efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat” keçirilməsinin zəruriliyi barədə bəyanatı rəsmi İrəvanın kəskin etirazına səbəb olub. Hadisə ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər