Bu günlərdə Azərbaycanın paytaxtında Rusiyanın “Moya Planeta” telekanalının yeni səyahət proqramının çəkilişləri baş tutub.
“Qafqazinfo” bildirir ki, layihənin efir tarixi, adı hələ açıqlanmasa da, aparıcıların sosial şəbəkə hesablarında İçərişəhərdə çəkilən maraqlı videosu yerləşdirilib. Belə ki, aparıcılar Hilda Karmen və Viktor Mixaylov qədim şəhərin küçələrində “La-La-Lend” müziklin “City of stars” mahnısının sədaları altında rəqs edib. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin heyrətinə səbəb olub.
“БакуКуЛенд” həştəqi ilə paylaşdığı videonu şərh edən H. Karmen, zarafatca qeyd edib ki, “La-La-Lend”də baş rolları onunla V. Mixaylov oynamalı imiş, amma onların başı başqa layihələrə qarışıb.
Aparıcıların sözügedən görüntülərinə izləyicilər tərəfindən “Çox gözəldir”, “Əsrarəngizdir”, “Super”, “Siz möhtəşəmsiniz” və s. şərhlər yazılıb.
Son xəbərlər
Son Xəbərlər