Rus hərbçiləri hücuma keçməmək üçün maşınların yanacağını boşaldıblar

rus-herbcileri-hucuma-kecmemek-ucun-masinlarin-yanacagini-bosaldiblar
Oxunma sayı: 12910

Ukraynanın Çerniqov vilayətində, şəhərlərdən birinin girişində rus hərbçiləri hücuma keçmək fikrindən daşınaraq, maşınların yanacağını boşaldıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.

"Çerniqov vilayətində yerli sakinlər bildirirlər ki, şəhərin girişlərində işğalçılar Ukrayna Silahlı Qüvvələri tərəfindən faktiki olaraq zəmanət verilmiş məhvə getməmək üçün qəsdən qaz çənlərindən yanacaq boşaldırlar. İşğalçıların ümidsizliyi saatdan-günə artır!", - bəyanatda deyilir.