Rusiya 200-dən çox helikopteri havaya qaldırdı - Yüzlərlə hərbçi həlak oldu

rusiya-200-den-cox-helikopteri-havaya-qaldirdi
Oxunma sayı: 10653

“Rusiya Silahlı Qüvvələrinin desantları fevralın 24-ü Kiyev ətrafında yerləşən Qostomel aerodromunun ərazisində uğurlu eniş əməliyyatı həyata keçirib”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, əməliyyata Rusiyanın 200-dən çox helikopteri cəlb olunub.

Bildirilir ki, əməliyyat zamanı 200-dən çox ukraynalı hərbçi öldürülüb. Rusiya tərəfindən itki olmadığı qeyd olunub.