Rusiya Ukraynaya “İsgəndər” atdı - Video+Yenilənib

rusiya-ukraynaya-isgender-atdi
Oxunma sayı: 8580

Ukraynanın paytaxtı Kiyevə bir neçə böyük partlayış səsləri eşidilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri “The Kyiv Independent” yayıb.

Bildirilib ki, Ukrayna-Rusiya müzakirələrinin bitməsindən sonra Rusiya qüvvələri Kiyevə yenidən hücum edib. Qeyd edilib ki, hazırda həyəcan siqnalı çalınır və əhali ən yaxın sığınacağa getməlidir.

***

Kiyevə “İsgəndər” ballistik raketi atılıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Teleqramda yazıb.

O bildirib ki, hazırda dəqiq yer və qurbanlar müəyyənləşdirilir.

***

“The Kyiv Independent”in yeni yaydığı məlumata görə, "İsgəndər" Kiyevin Brovari bölgəsinə düşüb.