Rusiya Ukraynaya niyə hücum etdi? - Rəsmi Moskva açıqladı

rusiya-ukraynaya-niye-hucum-etdi
Oxunma sayı: 9836

“Rusiya sona qədər danışıqlar təklif edirdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Son günə qədər danışıqları təklif edirdik. Kuratorlar danışıqlardan imtina edib Rusiyaya qarşı sanksiyalar qəbul etməyə başlayanda və Donbasda dinc əhalinin atəşə tutulması halları artdığı vaxt qərar (əməliyyat haqqında - red.) qəbul edildi”, - deyə o əlavə edib.

Diplomat vurğulayıb ki, Rusiya açıq və dürüst şəkildə bu barədə bildirib: “ABŞ-a qulaq assaq, onda biz iki aydır ki, başqasının bayrağı altında Ukraynaya hücum edirik”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında xalqa müraciətində bildirib ki, Rusiya Donbasda xüsusi hərbi əməliyyat keçirəcək: “Vəziyyət Rusiyadan qətiyyətli addımlar tələb edir”.

Onun sözlərinə görə, mümkün qan tökülməsinə görə bütün məsuliyyəti tamamilə Ukrayna hökuməti daşıyacaq.

Putin müraciətində bildirib ki, ədalət və həqiqət Rusiyanın tərəfindədir. O, ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.