Rusiyada hərbi hissədə əsgərləri güllələyənin şəxsiyyəti bilindi - Foto

rusiyada-herbi-hissede-esgerleri-gulleleyenin-sexsiyyeti-bilindi
Oxunma sayı: 7403

Rusiyanın Zabaykal diyarında hərbi hissədə əsgərləri güllələyən hərbçinin şəxsiyyəti müəyyənləşib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayəti 20 yaşlı əsgər Ramil Şamsutdinov törədib. 8 hərbçini öldürüb, 2-ni yaralayan Ramilin hadisəni şəxsi problemlər fonunda əsəb sisteminin pozulması nəticəsində törətdiyi bildirilmişdi. Digər məlumata görə isə, Şamsutdinov əsgər yoldaşlarını qeyri-qanuni münasibətlər səbəbindən güllələyib.

O, polisə ifadəsində əməlindən peşman olmadığını deyib.