Rusiyanın 6 təyyarəsi, 2 helikopteri, 2 tankı vuruldu - Yenilənib

rusiyanin-6-teyyaresi-2-helikopteri-2-tanki-vuruldu
Oxunma sayı: 11914

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiya təyyarəsini vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

***

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Luqansk vilayətində 5 Rusiya təyyarəsi və 1 helikopter vurulub.

Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna ərazisində Rusiya təyyarəsinin vurulması barədə məlumatları təkzib edib.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy öz rəsmi feysbuk hesabında bildirib ki, Birləşmiş Qüvvələr Əməliyyatının həyata keçirildiyi ərazidə Rusiyanın 5 təyyarəsi və 2 helikopteri vurulub, 2 tankı və bir neçə yük avtomobili sıradan çıxarılıb.

***

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatına görə, Ukraynanın şərqində Rusiyaya məxsus artıq 6-cı təyyarə vurulub.

***

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz teleqram kanalında Luqansk vilayətində Rusiyaya məxsus hərbi texnikanın sıradan çıxarıldığını əks etdirən görüntüləri paylaşıb.