Rüstəm İbrahimbəyov prezidentliyə rəsmən vahid namizəd elan olundu - - 17-ci

rustem-ibrahimbeyov-prezidentliye-resmen-vahid-namized-elan-olundu-
Oxunma sayı: 3623


Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyasında vahid namizəd məsələsinə nöqtə qoyulub. “Qafqazinfo” xəbər verir ki, Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı səsvermə keçirilib. 83 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi oldu.

Xatırladaq ki, Rüstəm İbrahimbəyova qədər prezidentliyə namizədliyini 17 nəfər rəsmən irəli sürüb. 

1. Müsavat başqanı İsa Qəmbər 

2. Ümid Partiyasının sədri İqbal Ağazadə 

3. Hüquq müdafiəçisi Vidadi İsgəndərli

 4. “EL” Hərəkatının həmtəsisçisi Eldar Namazov 

5. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 

6. “İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri İlqar Altay 

7. ADP sədri Sərdar Cəlaloğlu 

8. KXCP sədri Mirmahmud Mirəlioğu 

9. “REAL” Hərəkatının sədri İlqar Məmmədov 

10. Azadlıq Partiyasının sədri Əhməd Oruc 

11. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 

12. BAXCP sədri Qüdrət Həsənquliyev

13.İlham Əliyev 

14.Elçin Namazov

15. Ərəstun Oruclu

16. Mövsüm Səmədov

Səidə