Sabah Bakının bu ərazisində qaz olmayacaq

sabah-bakinin-bu-erazisinde-qaz-olmayacaq
Oxunma sayı: 2893

Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 4-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.