“Sabah” - “Sumqayıt” oyununda işıq söndü, matç dayandırıldı

sabah-sumqayit-oyununda-isiq-sondu-matc-dayandirildi
Oxunma sayı: 2093

Premyer Liqanın 6-cı turunda keçirilən “Sabah” - “Sumqayıt” oyunu zamanı stadionun projektorunda problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün 29-cu dəqiqəsində “Bank Respublika Arena”da işıqlar sönüb.

Bu səbəbdən də matç hazırda dayandırılıb. Sözügedən dəqiqəyə qədər görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirdi.