Sarkisyan geri çəkildi

sarkisyan-geri-cekildi
Oxunma sayı: 5552


“Qafqazinfo”nun Ans TV-ə istinadən məlumatına görə, Ermənistan hökuməti elektrik enerjisi xərclərini öz üzərinə götürüb.

“Ermənistan Elektrik Şəbəkələri” QSC 2006-cı ildən bütövlükdə Rusiyanın “İNTER RAO Vahid Elektrik Şəbəkələri” konserninə məxsusdur. Lakin bu qərar “Ermənistan Elektrik Şəbəkəsi” şirkətində audit yoxlamaları başa çatanadək icra olunacaq.

Qeyd edək ki, iyunun 17-sində hökumətin elektrik enerjisi tariflərini yüksəltməsilə bağlı qərarı paytaxt İrəvanda minlərlə insanın etirazlarına səbəb olmuşdu.

Baqramyan prospektində baş tutan aksiyaların ilk günündə polislə qarşıdurmalar yaşanmış, nəticədə azı 20 nəfər xəsarət almışdı. 

Hökumətin aksiya zamanı baş vermiş zorakılıqlarla əlaqədar hansı addımlar atacağı isə hələlik məlum deyil.