Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

sefer-mehdiyevin-polis-terefinden-saxlanilmasi-videosu-yayildi
Oxunma sayı: 17889

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünür.

Xəbəri rus dilində oxuyun: Обнародованы кадры задержания Сафара Мехтиева полицией - Видео

Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verir.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşır.

Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.