Şəhid Mehrab Niftəliyevin qızı rəqsini atasına həsr etdi - Video

sehid-mehrab-nifteliyevin-qizi-reqsini-atasina-hesr-etdi
Oxunma sayı: 5505

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman “Zəfər” düşərgəsində rəqs edib. 

“Qafqazinfo” xəbər verir ki, o, ifa etdiyi rəqsi atasına həsr etdiyini bildirib. L.Niftəliyeva ilk rəqsini atasından öyrəndiyini, atasının hələ kiçik yaşlarından ona rəqs etməyi öyrətdiyini deyib. 

Qeyd edək ki, M. Niftəliyev ötən il noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub. Vətən Müharibəsi Qəhrəmanı həm də "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə" ,  "Şuşanın azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. 

Xatırladaq ki, "Zəfər" düşərgəsinə Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə iyulun 25-dən etibarən start verilib. İyulun 31-dək davam edəcək düşərgədə 74 şəhid övladı iştirak edir.