Şəhidin qardaşı doğuldu, onun adını qoydular

sehidin-qardasi-doguldu-onun-adini-qoydular
Oxunma sayı: 9295

Vətən müharibəsi şəhidi Ömər Rəhimlinin qardaşı dünyaya gəlib. 

Qafqazinfo” xəbər verir ki, bu haqda paylaşımı sosial şəbəkə hesabında şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu edib.

Yeni doğulan körpəyə qardaşının adını veriblər.

Qeyd edək ki, şəhid Ömər Rəhimli Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin, və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Şuşanın Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənib. 

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.