“Səhv müalicə səni apardı...” - Anasının ölümündən yazdı

sehv-mualice-seni-apardi
Oxunma sayı: 5961

“Ana, sənə qurban olum. Əllərinin istisinə ehtiyacım var. Mən səni qüvvətli bilirdim, yaşadığım illərdə səni xəstə yatan görmədim. Bir dəfə xəstə yatdın, onunla da getdin. Məni həkimlər çaşdırdı”.

Bu sözləri əməkdar artist Nüşabə Ələsgərli sosial şəbəkədə yazıb.

Müğənni bildirib ki, həkim məsuliyyətsizliyi səbəbindən anası dünyasını dəyişib:

“Ümidim çox idi, hələ səni xaricə aparacaqdım. Qolundakı göylərin getməyini gözləyirdim. Birdən-birə hər şey dəyişdi. Kaş avqustun əvvəli olardı, mən səni yenidən müalicə etdirərdim. “Professorun” qoyduğu diaqnoz gözünə girsin. Səhv müalicə səni tez apardı. Məni bağışla, günahkaram. Sən məni bağışlasan da mən özümü heç vaxt bağışlamayacam”.

Qeyd edək ki, müğənninin anası Solmaz xanım 2015-ci ilin noyabr ayında dünyasını dəyişib.