Şəkidə 71 yaşlı kişini maşın vurub öldürdü

sekide-71-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 1955

İyunun 14-də saat 15:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, piyada aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.