Şəmsi Səmədzadə də azadlıqda - Foto+Video

Şəmsi Səmədzadə də azadlıqda
Oxunma sayı: 10441

Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra əfv edilib.

“Qafqazinfo” xəbər verir ki, o, az öncə cəza çəkdiyi Qobustan qapalı həbsxanasından azadlığa buraxılıb. Ş.Səmədzadəyə müvafiq arayış təqdim olunduqdan sonra evinə yola salınıb. 

Qeyd edək ki, Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Xəbəri rus dilində oxuyun: Шамси Самедзаде на свободе - Фото+Видео

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb.

Bir neçə il əvvəl o, “Rezonans” verilişindəki çıxışı ilə tanınıb.

Şəmsi Səmədzadənin azadlıqdan ilk video və fotosunu jurnalist Əvəz Zeyallı lentə alıb.