Sergey Baburin prezidentliyə namizədliyini geri götürüb

sergey-baburin-prezidentliye-namizedliyini-geri-goturub
Oxunma sayı: 1802

“Rusiya Ümumxalq İttifaqı” partiyasının lideri Sergey Baburin prezident seçkilərində namizədliyini geri götürüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

O, rusiyalıları seçkilərdə ölkənin hazırkı Prezidenti Vladimir Putinin namizədliyi ətrafında birləşməyə çağırıb.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.