Sərxoş halda avtoşluq edən İcra Hakimiyyətinin əməkdaşı saxlanılıb?

serxos-halda-avtosluq-eden-icra-hakimiyyetinin-emekdasi-saxlanilib
Oxunma sayı: 9894

Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.  

"Qafqazinfo" "Bizim.media"ya istinadən xəbər verir ki, ŞİH-in Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, sürücüsü və icra başçısının işləri üzrə baş mütəxəssis Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə, sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumatın doğru olmadığını bildirib. Qeyd edib ki, sadəcə sərxoş halda nəqliyyat vasitəsini idarə edən Anar Məmmədov saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.