Səs yazısı yayılan müəllim işdən çıxarıldı

ses-yazisi-yayilan-muellim-isden-cixarildi
Oxunma sayı: 15154

Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin səsdə müəllimin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, müəllim dərhal işindən azad edilib: “Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.