Sevgilisi ilə çəkdirdiyi şəklini paylaşdı - İlk dəfə + Fotolar

sevgilisi-ile-cekdirdiyi-seklini-paylasdi
Oxunma sayı: 7325

Avstraliyalı supermodel Miranda Kerr ilk dəfə sevgilisinin şəklini “İnstagram” səhifəsində paylaşıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 32 yaşlı model 25 yaşlı milyarder sevgilisi Evan Şpiqellə Vaşinqtonda çəkdirdiyi ağ-qara şəkli şərh vermədən paylaşıb.

Qeyd edək ki, E. Şpiqel “Snapchat”ın qurucusu və baş direktorudur. O, hazırda dünyanın ən gənc milyarderi hesab olunur. Bundan öncə, onun amerikalı aktrisa Teylor Svift və model Keyt Aptonla sevgi münasibətləri olub.

M. Kerr isə aktyor Orlando Blum ilə evli olub. Cütlük 2013-cü ildə boşanıb, onların bir oğlu var.

Xatırladaq ki, Kerrin ərindən boşanandan sonra milyarder Ceyms Paker (bu günlərdə amerikalı müğənni Merayya Keri ilə ailə qurmağa hazırlaşır) və müğənni Castin Biberlə sevgili olduğu haqda xəbərlər yayılmışdı. Lakin onun sevgilisi kimi mətbuata təqdim etdiyi ilk insan E. Şpiqel olub.