İspaniyanın Seuta anklavında yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Miqrantlar İspaniya bayraqları və onlara sığınacaq verilməsinə çağırış edən plakatlar qaldırıblar.
Məlumata görə, miqrantlar hazırda şəhərin çimərliklərində və şəhərin kənarlarında qurulmuş düşərgələrdə yaşayır, İspaniyanın Avropa hissəsinə keçmək imkanı gözləyirlər. Ölkə hakimiyyəti isə onların Seutada qalmasına və ya materikə keçməsinə icazə vermək niyyətində olmadığını bəyan edib.
Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib. İspaniya ərazisinə keçməyə çalışarkən 100-dək şəxsin həlak olduğu bildirilir. Sonradan miqrantların çoxu Mərakeş ərazisinə geri dönsə də, şəhərdə hələ də təxminən 5 min miqrant qalmaqdadır.

Son xəbərlər
Son Xəbərlər