“Şişlər yox olacaq…” - Plastik əməliyyatından danışdı

sisler-yox-olacaq
Oxunma sayı: 3304

“Bakı balaca şəhərdir, kim nə etdirirsə hamının xəbəri olur. Həmişə deyirdim ki, heç vaxt əməliyyat etdirməyəcəm. Həkimim deyir ki, hələ 4 ay ərzində şişlər yox olacaq”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “ATV maqazin onlarla” verilişinə açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

Müğənni bildirib ki, ay yarım bundan əvvəl gözətrafında əməliyyat etdirib:

“Ay yarım bundan əvvəl gözətrafımda əməliyyat etdirdim. Bu səbəbdən efirlərdə görsənmirdim. Gözaltı torbalarım məni narahat edirdi. İndi də makiyaj edəndə ağrıları hiss edirəm. Bir neçə ay bundan əvvəl mənə problem yaratmışdılar. Kosmetoloq mənə xəbərdarlıq etmədən gözümün altına gel vurmuşdu. Buna görə problemlərlə üzləşdim”.