SOCAR-ın vitse-prezidentlərinin sayı artırıldı

socar-in-vitse-prezidentlerinin-sayi-artirildi
Oxunma sayı: 23629

“Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” fərmanda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və” sözləri “və 12 (on iki)” sözləri ilə əvəz edilib.

Bununla SOCAR-ın İdarə Heyəti Şirkətin prezidentindən, I vitse-prezidentindən və 12 vitse-prezidentindən ibarət olacaq. Yəni bundan əvvəl 11 olan vitse-prezident sayı 12-yə çatdırılıb.