“Son 6 ayda Kəngərli və Ordubadda bir dənə də iş yeri açılmayıb...”

son-6-ayda-kengerli-ve-ordubadda-bir-dene-de-is-yeri-acilmayib
Oxunma sayı: 1812

“Burada qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərdə vergi imkanlarının azaldılması nəzərdə tutulub və bu, Naxçıvana da şamil olunur. Bu, çox müsbət addımdır. Çünki bizim Ermənistanla münasibətlərimiz qurulur. Ermənistanla rifah səviyyəsinə görə mübahisə oluna biləcək ən vacib bölgəmiz Naxçıvandır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu, sovet dövründə də belə idi. Ərzaq məhsullarının qiymətinə, tapılmasında geri qaldığına görə psixoloji sıxıntılar yaşanırdı. İndi son 6 ayda Kəngərli və Ordubadda bir dənə də iş yeri açılmayıb. Sədərək və Culfada cəmi 1, Babək rayonunda isə 2 iş yeri açılıb”, - millət vəkili əlavə edib.

Nuranə Daxilqızı