“Şoyqu infarkt keçirib və sağ qalıb-qalmayacağı bəlli deyil”

soyqu-infarkt-kecirib-ve-sag-qalib-qalmayacagi-belli-deyil
Oxunma sayı: 19715

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirib və reanimasiyaya yerləşdirilib”.

“Qafqazinfo” “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya-İsrailin ictimai xadimi Leonid Nevzlin yayıb.

Onun sözlərinə görə, Şoyqu reanimasiyada aparata qoşulub və onun sağ qalıb-qalmayacağı bəlli deyil. O bildirib ki, Şoyqu sağ qalsa da, bəlkə də, əlil ola bilər.

Nevzlin, həmçinin qeyd edib ki, Rusiyada təqribən 20 general həbs olunub.